17 C
Bakı
28 Sentyabr 2025 04:33
CəmiyyətGündəmHadisə

Azərbaycanda nazirliyin vəzifəli şəxsləri barədə cinayət işi açılıb.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə  həmin şəxslər barəsində ev qətimkan tədbiri seçilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı ev dustaqlığı qərarı verilib.

Bu barədə aprelin 3-də Baş Prokurorluq məlumat yayıb.

 

Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənov rüşvət almaqda şübhəli sayılırlar.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb:

Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.Barələrində… Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib”.

 

İttihamlara həmin şəxslərin münasibəti hələlik məlum deyil.

Bu ittihamlara görə həmin şəxslərə 12 ilə qədər həbs cəzası verilə bilər.

Baş prokurluğun məlumatına görə, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. (MeydanTV)

 

Tacxeber.com

 

Oxşar xəbərlər

Xərçəngdən qoruyan üsul – MÖCÜZƏVİ QARIŞIM

redaktor

Milli Məclisin deputatının oğlu israilli əsgərlər üçün sendviç hazırlayıb YOLLADI – FOTOLAR

admin

Cavanşir Məmmədovun ölüm anı ilə bağlı ŞOK! – Gələn zəng onu hirsləndirib və…

redaktor