Cəmiyyət

41 saylı avtobusda RƏZALƏT: Sərnişinlər qapıdan asılı vəziyyətdə daşınır – VİDEO

Bakı şəhərinin Binəqədi rayonu ərazisində sərnişindaşıma xidməti göstərən 41 saylı marşrut avtobusunun təhlükəli şəraitdə hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

 

Tacxeber.com xəbər verir ki, video paylaşan jurnalist Qafar Ağayev “İsuzu” markalı avtobusun tamamilə dolduğunu və bir neçə sərnişinin açıq qapıdan asılı vəziyyətdə hərəkət etdiyini bildirib.

O, hadisənin bu gün Binəqədi qəsəbəsi ərazisində baş verdiyini bildirib.

 

Sürücünün nəqliyyat vasitəsini bu şəraitdə idarə etməsinin təhlükəli olması bildirilməklə yanaşı, bəzi sərnişinlərin öz həyatlarını riskə atması da sosial şəbəkədə narazılıqla qarşılanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda nə qədər insan yaşadığını bilmir.

admin

Müğənni Vlada Axundova dünən dünyasını dəyişib.

admin

Prokuror Nazim Bəydəmirliyə 9 il iş istədi

admin