Dünya

Trampdan “TikTok“la bağlı sərt AÇIQLAMA: “Son 5 gün qaldı“

Çinin “ByteDance” şirkətinə məxsus “TikTok”un ABŞ seqmentinin satışı ilə bağlı sövdələşmə bu həftə bağlanacaq.

 

Tacxeber.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.

 

Onun sözlərinə görə, proses aprelin 5-dək yekunlaşacaq.

 

“Bizim çoxlu potensial alıcılarımız var. “TikTok”a böyük maraq var”, – dövlət başçısı əlavə edib.

 

O, ölkədə bu xidmətin bloklanılmaması üçün satılmasının zəruri olduğunu vurğulayıb.

 

Xatırladaq ki, yanvarın 19-da ABŞ-də “ByteDance”dan “TikTok”un ölkədəki seqmentini satmağı tələb edən qanun qüvvəyə minib.

Tacxeber.com

Oxşar xəbərlər

İlon Mask dövrü sona çatır? – “Tesla”da ALƏM QARIŞDI

redaktor

Avropa İttifaqı Rusiya ilə savaşa hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tövsiyə olundu…

admin

Zurabişvili prezident iqamətgahını tərk etdi

admin