12 C
Bakı
28 Mart 2026 07:02
Dünya

Rusiya və ABŞ tərəfi Ukrayna münaqişəsinin həlli üçün yenə GÖRÜŞƏCƏKLƏR

“Rusiya və ABŞ tərəfi Ukrayna ilə danışıqlar prosesi üçün ayrılmış diplomatların işinə maneələri aradan qaldırmaq üçün ikinci görüşə hazırlaşır. Hələlik tərəflər telefon və videokonfrans vasitəsilə əlaqə saxlayırlar”.

 

Tacxeber.comxəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkə prezidenti Vladimir Putinin də iştirak etdiyi Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə bildirib.

 

O qeyd edib ki, Rusiya tərəfi Trampın milli təhlükəsizlik müşaviri Mayk Valsa Ukraynanın 30 günlük atəşkəs zamanı hücum etdiyi obyektlərin siyahısını təqdim edib.

 

Lavrov vurğulayb ki, rəsmi Kiyev tərəfindən pozuntulara baxmayaraq, Moskva razılaşmaya əməl etməkdə davam edir.

 

Qeyd edək ki, ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin həlli istiqamətində ilk görüş fevralın 28-də İstanbulda baş tutub.

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan ordusu ilə müqayisədə zəifliyimiz barədə məlumat vermişdim”, – erməni general Paşinyanı ifşa edib

redaktor

“Biz həyat uğrunda savaşırıq, ölüm saçan Rusiyanın heç bir şansı yoxdur və olmayacaqdır” – Zelenski

redaktor

Ukrayna ordusundan sərt həmlə: Rusiya əraziləri ələ keçirildi

admin