20 C
Bakı
23 İyun 2025 08:21
Dünyaİqtisadiyyat

“Forbes” ən varlı məşhurların adını açıqladı – 5,3 milyardla birinci odur

“Forbes” jurnalı “dollar milyarderləri”nin 39-cu illik reytinqini açıqlayıb.

 

Dünyanın ən varlı məşhurları siyahısına amerikalı rejissor və prodüser Stiven Spilberq başçılıq edir.

Rejissorun sərvəti 5,3 milyard dollar qiymətləndirilir. Nəşr vurğulayır ki, Spilberq ilk dəfə ən varlı amerikalılar reytinqinə hələ 1994-cü ildə daxil olub.

 

“Forbes” reytinqində ikinci yeri rejissor Corc Lukas tutub. Onun sərvəti 5,1 milyard dollar qiymətləndirilir.

Reytinqdə ilk üçlüyü 3,5 milyard dollar sərvəti ilə basketbolçu Maykl Cordan tamamlayır.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri amerikalı sahibkar İlon Maskın dünyanın ən varlı adamı kimi tanındığı bildirilirdi. (Qafqazinfo)

 

Tacxeber.com

Oxşar xəbərlər

İsrail bu sistemlərini Ukraynaya verdi

redaktor

SSRİ-nin 1972-ci ildə Veneraya atdığı raket sabah Yerə düşəcək — Azərbaycan risk altında

redaktor

İsrail ordusu Qəzza zolağının şimal hissəsinə daxil oldu.

admin