11 C
Bakı
29 Mart 2026 07:39
Maraqlı

Bu çiçəyi qoparanlar 11 min manat cərimələnir – FOTO

“Ağlayan gəlin” adlı lalə növünü qoparanlar 11 min manat məbləğində cərimə edilir.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə çiçəyin nadir növ olmasıdır.

 

Türkiyənin Elazığ rayonunun Arıcak mahalı, Şərqi və Cənub-Şərqi Anadolu Bölgəsinin yüksək dağlıq bölgələrində yetişən, xalq arasında “Ağlayan gəlin” və ya “Kədər çiçəyi” kimi tanınan tərs çevrilmiş lalələr nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

 

Hər il qısa müddət ərzində çiçək açan bu xüsusi bitki xalq arasında sevdiyinə qovuşa bilməyən gəlini simvolizə edir.

 

Bu çiçəklərin vizual bayramı təxminən iki həftə davam edir. Baharın gözəlliklərindən olan tərs lalələr Arıcak mahalında təkcə təbii ərazilərdə deyil, yüksək dağlıq kəndlərdə də bağlarda əkilib qorunur. Bu səylər lalə növlərinin nəsli kəsilməməsi üçün böyük əhəmiyyət kəsb edir.

 

Bu xüsusi çiçəyə eyni zamanda Tunceli, Bingöl, Diyarbakır, Adıyaman, Hakkari, Van, Şanlıurfa, Şırnak və Muş kimi şəhərlərdə də rast gəlmək olar.

 

Ancaq ilin cəmi 20 günü yaşaya bilən və nəsli kəsilmək təhlükəsi ilə üzləşən bu endemik bitkini yığanlar və ya ona zərər verənlər 244 315 lirə (təx 11 min manat) məbləğdə cərimə edilir.

Tacxeber.com

 

Oxşar xəbərlər

Uğur qazandıqca inamı azalan işçilər – İmposter sindromundan necə xilas olaq?

redaktor

Niyə Cennifer Lopes Qız bürcündən olanları işə götürmür?

redaktor

Bu ölkədə dövlət qurumlarının, məmurların heç vaxt günahı olmur.

admin