24 C
Bakı
26 Sentyabr 2025 15:24
Dünya

Zelenskinin qazancı açıqlandı

2024-cü ildə Ukrayna PrezidentiVladimir Zelenski və ailəsi 15,2 milyon qrivna (təxminən 361 min dollar) qazanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin Mətbuat xidməti məlumat yayıb.

 

“Xüsusilə, daxili dövlət kreditlərinin istiqrazlarının qaytarılması Zelenski ailəsinə 8 milyon 585 min qrivna qazandırıb. Həmçinin ailə Vladimir Zelenskinin prezident maaşı, bank faizləri və daşınmaz əmlakının icarəyə verilməsindən daha 6 milyon 700 min qrivna gəlir əldə edib. Ukrayna prezidentinin ailəsinin gəlirlərinin əvvəlki illə müqayisədə artması icarə ödənişlərinin tam məbləğdə bərpası ilə bağlı olub. 2024-cü ilin sonunda dövlət başçısının ailəsinin balansı ciddi dəyişməyib”, – məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

NATO üzvü olan Polşada Hökümətin təcili iclas çağrıldı.

admin

Ukrayna İranla diplomatik əlaqələri kəsə bilər

redaktor

İrlandiyalı jurnalist:”Təşəkkür edirəm, Bayden. Ukrayna və Kaliforniyanı məhv edibsən!” – VİDEO

redaktor