24 C
Bakı
23 İyun 2025 21:08
DünyaGündəmSiyasətTarix

Bizdə Türkiyə siyasəti ilə maraqlanan insanların bir çoxu zəhmət çəkib, Türkiyə siyasi tarixini oxumur.

Bilməmək ayıb deyil, amma informasiyalara çatımlılığın inanılmaz dərəcədə asanlaşdığı indiki dövrdə öyrənməyib, bilmədiyin mövzu haqqında hökmlə danışmaq ayıbdır.

 

Bizim ictimaiyyətdə Türkiyə siyasəti ilə maraqlanan insanların bir çoxu zəhmət çəkib, Türkiyə siyasi tarixini oxumur. Bu səbəbdən çoxlarının şüurunda belə bir təsəvvür formalaşıb ki, Ərdoğana qədər Türkiyə CHP tərəfindən idarə olunurdu və CHP hər zaman (keçmişdə də, indi də) ABŞ-ın, Qərbin dediyi ilə oturub-duran partiya olub.

 

Bu insanlar CHP-nin nə zaman və hansı şəraitdə yarandığını, Türkiyənin ABŞ-la yaxınlaşmasının və NATO üzvlüyünün hansı səbəbdən gerçəkləşdiyini, Conson məktubu, Xaşxaş böhranı, Kıbrıs Barış Hərəkatı (onun nəticəsində ABŞ hərbi bazalarının Türkiyədən çıxarılması), 6-cı donanma olayı, sağ-sol toqquşmaları, AKP dövründəki “1 mart tezkeresi” və Dəniz Baykala qarşı kaset sui-qəsdi kimi mühüm hadisələri ya bilmir, ya bilsə də, mahiyyətini dərk etmir, yaxud dərk etsə belə, qəsdən təhrifə yol verir.

 

Dünyəvi, demokratik respublika kimi Qərb dəyərlərinə, Qərb tipli həyat tərzinə tərəfdar olmaq bir siyasi qüvvəni və ya insanı avtomatik olaraq Qərb dövlətlərinin dəstəkçisinə və ya təmsilçisinə çevirmir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycandan vacib gediş: Zəngəzur və Göyçənin taleyi həll edilir – Durum dəyişir

admin

Qurban Yetirmişli: “Yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur”

redaktor

Ukraynanın sabiq deputatı güllələndi

redaktor