24 C
Bakı
14 Avqust 2025 00:42
CəmiyyətGündəmSiyasət

Azər həbsin son yox, bir başlanğıc olduğuna əmindir.

Əminəm ki, hər kəs olmasa belə, əksəriyyət siyasətçilərin xalqın önünə çıxıb rəqabət apardığı, fikirlərin, proqramların yarışdığı, sonda qərarı vətəndaşın – seçicinin verdiyi bir Azərbaycan arzulayır. Tərəqqi mütləqiyyət şəraitində deyil, yalnız azad siyasi və iqtisadi rəqabətin, fikir toqquşmalarının nəticəsində mümkün ola bilər.

 

Amma bu, hələ ki bizim üçün xəyal olaraq qalır. Siyasətlə məşğul olmaq istəyənlərin önünün kəsildiyi, həbsə atıldığı bir dövrü yaşayırıq. Bu cür “günah” sahiblərindən biri də Azər Qasımlıdır.

 

Azər bu gün yubileyini ailəsinin, dostlarının əhatəsində qeyd edə bilərdi, amma məhbəsdə qarşılayır. Saxlanılmasından az əvvəl Avropada səfərdə idi, həbs ehtimalını dərk etdiyi halda, vətənə döndü. Bu, təkcə onun cəsarətini yox, sabaha olan ümidini də göstərir. Çünki həbsin son yox, bir başlanğıc ola biləcəyini və bizim kimi ölkələrdə əvvəl-axır bu sınaqdan keçməyin qaçılmazlığını anlayır.

 

Azəri yaxından tanıyan biri olaraq onun ölkə siyasətinə ciddi töhfələr verməyə qadir olduğunu bilməklə bərabər, bu fürsəti gec-tez qazanacağına də inanıram – hazırkı mərhələnin bütün çətinliklərinə rəğmən…

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Şagirdlərin uşaqlıq etməyə, oynamağa vaxtı qalmalıdır” – PROFESSOR

redaktor

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”

redaktor

“Aİ Ukraynanı qəbul etməkdən uzaqdır” – Makron

admin