20 C
Bakı
24 İyun 2025 01:55
Dünya

Rusiyada naməlum virus yayılır

Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) ölkədə naməlum virusa yoluxma halları ilə bağlı yayılan məlumatları nəzarətə götürüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

 

Bildirilib ki, sosial şəbəkələrdə yayılan bütün son məlumatlar araşdırılır və hazırda virusla bağlı vəziyyət nəzarət altındadır.

 

Məlumata görə, xəstəlik əvvəlcə ağrı və halsızlıqla başlayır. Lakin bir neçə gün sonra şiddətli zəiflik, yüksək hərarət və qanlı öskürək ilə müşayiət olunur. Eyni zamanda, COVID-19 və A, B qripi testləri mənfi nəticə verir.

 

Mütəxəssislər bu xəstəliyin mikoplazma pnevmoniyası ola biləcəyini ehtimal edirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət Duması kriptovalyutanın müsadirə edilməsi imkanını nəzərdən keçirir

admin

“Kəndi tutmuşuq, rus hərbçilər qaçır” – Rusiya Müdafiə Nazirliyi isə təkzib edir

redaktor

Gəmilər batanda ölkə də batır…

admin