Dünya

Rusiyada naməlum virus yayılır

Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) ölkədə naməlum virusa yoluxma halları ilə bağlı yayılan məlumatları nəzarətə götürüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

 

Bildirilib ki, sosial şəbəkələrdə yayılan bütün son məlumatlar araşdırılır və hazırda virusla bağlı vəziyyət nəzarət altındadır.

 

Məlumata görə, xəstəlik əvvəlcə ağrı və halsızlıqla başlayır. Lakin bir neçə gün sonra şiddətli zəiflik, yüksək hərarət və qanlı öskürək ilə müşayiət olunur. Eyni zamanda, COVID-19 və A, B qripi testləri mənfi nəticə verir.

 

Mütəxəssislər bu xəstəliyin mikoplazma pnevmoniyası ola biləcəyini ehtimal edirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Superkubok oyunun ləğvi ilə bağlı Səudiyyə şirkətindən İLK AÇIQLAMA – FOTO

admin

Tramp Aİ-dən idxal olunan mallara 10% əlavə rüsum tətbiq etmək istəyir

redaktor

Əraqçi İrana qarşı “terror müharibəsi” aparıldığını bildirib.

redaktor