Dünya

Netanyahu Qəzzada müharibənin sonu üçün şərt qoydu

İsrail Qəzza müharibəsinin sona çatdırılmasına dair razılaşmanın növbəti mərhələsini müzakirə etməyə hazırdır, lakin bunun üçün HƏMAS hərəkatının silahı yerə qoyması və anklavı tərk etməsi lazımdır.

 

Tacxeber.com xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

 

O qeyd edib ki, HƏMAS liderlərinin bölgəni tərk etməsinə icazə veriləcək və İsrail Qəzzada ümumi təhlükəsizliyi təmin edərək ABŞ Prezidenti Donald Trampın könüllü miqrasiya proqramından ibarət olan planı həyata keçirəcək.

 

Netanyahu vurğulayıb ki, ölkəsi bu plana sadiq qalır və istənilən vaxt onu müzakirə etməyə hazırdır.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Dünya Rusiyanın parçalanmasına hazırlaşmalıdır – Danilov

redaktor

Çin zibil çatışmazlığı ilə bağlı həyəcan təbili çalır.

admin

Paşinyanın Bakı səfərinə İrəvandan cavab

admin