2 C
Bakı
06 Fevral 2026 05:18
Cəmiyyət

Allahşükür Paşazadənin səhhətində problem yaranıb – Bayram namazına qatıla bilmədi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq builki Ramazan bayramı namazında iştirak etməyib.

 

Tacxeber.com xəbər verir ki, Teleqraf-ın məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, buna səbəb A.Paşazadənin səhhətində problemlər yaranmasıdır.

 

Hazırda QMİ sədri onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir. Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də, dini lider bayram namazına qatıla bilməyib.

 

Qeyd edək ki, bu gün Azərbaycanda Ramazan bayramıdır. Bakının Əjdərbəy məscidində bayram namazı QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

 

Təzəpir məscidində isə bayram namazına adıçəkilən ibadət ocağının imamı Hacı Faiz Nağızadə rəhbərlik edib.

 

Xatırladaq ki, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində doğulub. O, 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.

Tacxeber.com

Oxşar xəbərlər

Endokrin xəstəliklərin gözlənilməz SİMPTOMU

redaktor

“İslama görə şahmat oynamaq haramdır!” – Elşad Miri

admin

Flora Kərimova Zeynəb Xanlarovanın müdafiəsinə qalxdı: “Bir az düşüb deyə…”

redaktor