24 C
Bakı
26 Sentyabr 2025 18:21
Dünya

USAID-in bütün əməkdaşları bu tarixdə qədər işdən çıxarılacaq

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün əməkdaşları sentyabrın 30-dək işdən çıxarılacaq.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Konqresdəki mənbələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, USAID-in bütün xaricdəki nümayəndəlikləri 2025-ci maliyyə ilində bağlanacaq (ölkədə sentyabrın 30-da başa çatır).

 

ABŞ Dövlət katibi Marko Rubio agentliyin yenidən təşkili ilə bağlı elan edib ki, iyulun 1-dək USAID-in bəzi funksiyaları Dövlət Departamentinə veriləcək və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyalar dayandırılacaq.

 

Fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran USAID-in fəaliyyətini dayandırıb. Daha sonra Amerika administrasiyası agentlik və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 92%-ni ləğv etmək niyyətində olduğunu bəyan edib. Bu da dövlət büdcəsinə təxminən 60 milyard dollar qənaət etməyə imkan verib.

 

Martın 10-da əvvəllər USAID-in müvəqqəti rəhbəri təyin edilən Rubio, altı həftəlik araşdırmadan sonra ABŞ hökumətinin agentliyin proqramlarının 83%-ni rəsmi olaraq dayandırdığını bildirib.

 

Onun sözlərinə görə, ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-ın maraqlarına deyil, bəzi hallarda onun ziyanına xərclənib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

redaktor

Rusiyada ixtisaslı kadr çatışmazlığı 1,5 milyon nəfərə çatır

admin

Rusiya dronu Rumıniya sərhədini pozdu

redaktor