19 C
Bakı
26 Sentyabr 2025 21:19
Dünya

“Qrenlandiya satılmır!” – ABŞ-yə belə cavab verdilər

qrenlandiya-satilmir

Danimarkanın ən böyük şəhərləri Orxus və Kopenhagendə ABŞ-nin Qrenlandiya siyasətinə qarşı nümayişlər keçirilib.

 

“Qafqazinfo” bu barədə “Danmarks” radiosuna istinadən xəbər verir.

 

Məlumata görə, 800-1000-dək insan paytaxtdakı ABŞ səfirliyi qarşısında “Qrenlandiya Qrenlandiyalılara məxsusdur”, “Qrenlandiya satılmır” və “ABŞ, geri çəkil” şüarları ilə nümayişə toplaşıb.

 

“Həm Qrenlandiyaya, həm də Danimarkaya qarşı bu təzyiq qəbuledilməzdir. Biz bunun normal olmadığını göstərmək istəyirik. Bu, kobud pozuntudur”, – təşkilatçılardan biri olan Karen Littauer deyib.

 

Qeyd edək ki, etirazlar ABŞ Prezidenti Donald Trampın ölkənin Qrenlandiyaya nəzarət etmək istədiyini dəfələrlə dilə gətirməsindən və ABŞ-nin vitse-prezidenti Cey Di Vens martın 28-də rəsmi Vaşinqtonun Qrenlandiyadakı Pituffik hərbi bazasındakı açıqlamalarından sonra baş verib.



Tacxeber.com

Oxşar xəbərlər

Tualetdə 2 dəqiqədən çox qalanların maaşından kəsiləcək – Qəribə qadağa

redaktor

Qarabağda aktivləşən erməni quldur görün kim imiş – FOTO – VİDEO

redaktor

İsrail ordusu “Camaat əl-İslami” liderini zərərsizləşdirdi

redaktor