11 C
Bakı
29 Mart 2026 06:35
Dünya

İlon Maskın paylaşdığı Azərbaycan xəritəsi müzakirə yaratdı – Səbəbi bilindi – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı həm “Starlink”in səhifəsi, həm də İlon Mask paylaşıb. Paylaşımda göstərilən xəritə isə bir qədər müzakirələrə səbəb olub.

 

Sosial şəbəkə istifadəçiləri İ.Maskın nə üçün Ermənistanın xəritəsini olduğu kimi, Azərbaycanı isə daha geniş paylaşdığını sual ediblər.

 

Texnobloger Fərid Pərdəşünas isə bildirib ki, bu, “Starlink” xəritəsinin texniki təminatı ilə bağlıdır:

 

“Yəni, “Starlink” Ermənistanda aktiv ediləndə, xəritədə Azərbaycan hələ qaranlıq idi. Bu səbəbdən Türkiyə və Azərbaycanda aktiv olmadığına görə, Ermənistan ərazi sərhədləri göylə tam konturda düşürdü.

 

Bu gün Azərbaycanda aktiv ediləndə isə artıq ötən gün Ermənistanda aktiv olduğundan (və daha əvvəl Gürcüstanda), Azərbaycanda da daxil olmaqla əhatə dairəsi tam göy rəngə boyandı. Yəni, “Starlink” xəritəsi sərhədləri yox, aktiv olduğu bölgələri rəngləyir.

 

Bu səbəbdən burada hansısa siyasi tərəfkeşlik və yanlışlıq yoxdur. Belə xırda məsələləri müzakirə etmək doğru deyil”, – deyə o əlavə edib.

 

Oxşar xəbərlər

İranda ölən etirazçıların sayı kəskin şəkildə artıb.

admin

Putin: Onların Rusiyadan getməsi daha yaxşıdır

redaktor

Maqnit qasırğası yaxınlaşır: alimlər dəqiq tarixləri açıqladılar

redaktor