11 C
Bakı
27 Mart 2026 18:20
Cəmiyyət

“Fərhad Əhmədov mənə bir milyon dollar bağışlayıb” – Hacı Qalibdən ŞOK AÇIQLAMA

Sabiq millət vəkili Hacı Qalib Salahzadə 35-ci dəfə Həcc ziyarətində olub.

 

Tacxeber.com xəbər verir ki, sabiq millət vəkili bu məsələlərlə bağlı “manset.az”a açıqlamasında böyük səs-küyə səbəb olacaq açıqlama verib.

 

Hacı Qalib məşhur azərbaycanlı milyarder Fərhad Əhmədovun ona bir milyon dollar bağışladığını bildirib:

“Bir gün öz otağımda oturmuşdum, milyarder Fərhad Əhmədov yanıma gəldi. Söhbət əsnasında mənə bir milyon dollar bağışladı. Pulu nəğd formada verdi. Həmin ili 300 min dollar verib, yüzdən çox vətəndaşı ziyarətə göndərdim. Verilən pulu qəpik-qəpik, qənaətlə xərclədim. Fərhad Əhmədov eyni zamanda Bilgəh qəbiristanlığını da çox gözəl təmir edib. Sanki bulvara oxşayır. O da, mən də nə etmişəksə Allah yolunda etmişik”.

 

Qeyd edək ki, Qalib Salahzadə Fərhad Əhmədovun ona bağışladığı bir milyon dolların qalan hissəsi barədə danışmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Satışda olan qarpız və yemiş təhlükəsizdir? – VİDEO

redaktor

Trampın USAID planına görə 14 milyon insan həyatını itirəcək?

redaktor

11 manat 93 qəpiyə idxal olunan kərə yağı niyə 25 manata satılır? – Natiq Cəfərli

admin