20 C
Bakı
24 İyun 2025 04:38
Dünya

Ramil Ağabəyov Zelenskinin partiyasında vəzifəyə seçildi

Ukraynada yaşayan azərbaycanlı gənc Ramil Ağabəyov yeni vəzifəyə seçilib.

 

Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi hakim “Xalqın xidmətçisi” partiyasının Nikolayev (ukraynaca: Mykolayiv) şəhər şurası üzrə fraksiya sədri olub.

 

Ramil Ağabəyov əslən Azərbaycanın Salyan rayonundandır. O, Ukrayna Azərbaycanlıları Radasının Nikolayev vilayəti üzrə təmsilçisi olan Zaur Ağabəyovun oğludur. Ramil Ağabəyov indiyədək Nikolayev şəhər şurasının deputatı kimi fəaliyyət göstərib. Eyni zamanda, partiyanın vilayət üzrə gənclər qolunun rəhbəri və Nikolayev rayonu hərbi administrasiyasının başçısıdır.

 

Yeni təyinat fraksiyanın geniş iclasında elan olunub. Tədbirdə Ukrayna Ali Radasının deputatları, yerli idarəetmə orqanlarının nümayəndələri və Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim də iştirak ediblər.

 

Qeyd edək ki, partiyanın şəhər fraksiyasına rəhbərlik edən Tatyana Dombrovska ailə vəziyyəti ilə əlaqədar istefa verdikdən sonra bu vəzifəyə seçki keçirilib və Ramil Ağabəyov yeni fraksiya sədri olub.

 

Bu təyinat Ukraynada fəaliyyət göstərən azərbaycanlı diasporunun cəmiyyətə inteqrasiyası və ictimai-siyasi həyatda fəallığının nümunəsi kimi qiymətləndirilir.

Tacxeber.com

Oxşar xəbərlər

“Baydenin yenidən prezident seçilməsi fəlakət olar” – Senator Lindsi Qrem

admin

Blinken Türkiyədə ikinci şokunu yaşadı – Fidanın hərəkətinin VİDEOSU

redaktor

Rusiyada xarici vətəndaşlığı olan şəxslər orduda xidmət keçəcək – Putindən FƏRMAN

redaktor