25 C
Bakı
11 Avqust 2025 09:35
Cəmiyyət

“Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun onda birini bir yetim azərbaycanlı məşqçiyə versəydiniz…”

“Futbol üzrə Azərbaycan Yığma Komandası öz meydançasında Belarusa 2-0 məğlub oldu. Gerçəkdən bir yığma komanda! Haradan yığılıb, necə yığılib, bəlli deyil. Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur. Əslində Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var. Sadəcə imtiyazlı və futboldan üzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var”.

 

Tacxeber.com-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bidirib.

 

“Yarı fərdi, yarı kollektiv təsərrüfatdır. Hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Primyer-Liqada oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb. Yəni bir komanda digər komandalar üçün oksigen balonu rolunu oynayır. Yeri gəlmişkən, Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun onda birini bir yetim azərbaycanlı məşqçiyə versəydiniz, heç olmazsa üç ayda bir qələbə qazanardı”, – F.Mustafa qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Soyuducuya 20 qəpik qoyun: GÖRÜN NƏLƏR OLUR

redaktor

Pensiya alanlara şad xəbər: “Sürətlə arta bilər…”

redaktor

“Azərbaycanda bu maşından ancaq məndə var”

redaktor