20 C
Bakı
24 İyun 2025 01:36
Dünya

Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən etibarən qadınların məcburi hərbi xidmətə cəlb olunacağını açıqlayıb.

 

Tacxeber.com xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Danimarka ilk dəfə olaraq qadınları məcburi hərbi xidmətə cəlb etmək və hərbi xidmət müddətini uzatmaq planlarını açıqlayıb.

 

Hazırda 4 ay olan hərbi xidmət müddəti kişilər və qadınlar üçün 11 aya qaldırılacaq. Norveç və Danimarka İsveçdən sonra bunu edən üçüncü Avropa ölkəsi olacaq.

 

Ötən il hərbi xidmətə gedən 4700 nəfərin təxminən dörddə biri qadınlardır.

 

Qeyd edək ki, Danimarkada hərbi xidmət qadınlar üçün könüllü, 18 yaşından yuxarı kişilər üçün isə məcburidir. (qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı milyonçu İtaliyadakı villasını SATIŞA ÇIXARIB – Təfərrüat + FOTOLAR

admin

Ramzan Kadırov komada – Ukrayna mediasından şok iddia -FOTO

redaktor

Ukraynaya “yardım” adı altında yararsız silahlar göndərilib – “New York Times”

redaktor