15 C
Bakı
29 Mart 2026 15:46
Dünya

SON DƏQİQƏ! Olaf Şolz istefaya getdi

Olaf Şolzun rəhbərlik etdiyi Almaniya hökuməti rəsmən istefa verib.

 

Tacxeber.com “Süddeutsche Zeitung” nəşrinə istinadən xəbər verir ki, Prezident Frank-Valter Ştaynmayer martın 25-də yeni Bundestaqın ilk iclasından əvvəl baş nazirə və nazirlərə mandatlarının başa çatması barədə məlumat verib.

 

Hazırda Nazirlər Kabinetinin yeni tərkibi hələ formalaşmayıb.

 

Nəşrin mənbəsinin sözlərinə görə, əvvəlki kabinet yeni hökumət formalaşana qədər fəaliyyət göstərəcək.

 

XDİ-yə rəhbərlik edən və kanslerliyə namizəd olan Fridrix Merz aprelin 20-dək yeni komandanı təqdim etməyi planlaşdırır.

 

Qey edək ki, seçkilərdə qalib gələn Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik (CDU/CSU) və Sosial Demokratlar Partiyası (SPD) tərəfindən yeni hökumətin qurulması ilə bağlı aparılan koalisiya danışıqlarının birinci mərhələsi bir gün əvvəl başa çatıb. Kansler postuna namizədliyini irəli sürən XDİ lideri Fridrix Merz yeni kabinetin tərkibini aprelin 20-dək təqdim edəcəyinə söz verib.

 

Almaniya Federativ Respublikasının Əsas Qanununa uyğun olaraq, əvvəlki hökumət yeni hökumət formalaşana qədər öz səlahiyyətlərini həyata keçirməyə davam edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiya Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır” – Tramp

redaktor

Geyiminə görə Qətərdə etirazlara səbəb olan qız Bakıya gəlir

redaktor

Cənubi Koreyadan sensasiyalı iddia: “Şimal Koreya Rusiyaya yardım üçün 1500 əsgər göndərib, daha 10 min də…”

redaktor