Dünya

Müharibəyə dair gizli plan səhvən jurnalistə göndərildi – Rəsmilər ayağa qalxdı

ABŞ-ın Yəməndə Husilərə qarşı hərbi əməliyyatlarına dair məxfi planların səhvən bir jurnalistə göndərilməsi qalmaqala səbəb olub.

 

Tacxeber.com xəbər verir ki, “Atlantic” dərgisinin redaktoru Jeffri Qoldberq ABŞ-nin Yəməndəki hərbi əməliyyatlarına dair məxfi planların olduğu mesajları aldığını bildirib. Bu mesajlar ABŞ Prezidentinin müavini Ceymz Deyvid Vans və Müdafiə Naziri Pete Heqset adları ilə yaradılmış hesablar arasında keçən söhbətləri əhatə edir. Qoldberq əvvəlcə bu mesajların real olduğuna inanmadığını, lakin sonradan Yəməndə bombalamaların başladığını müşahidə etdiyini qeyd edib.

 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brian Huqes məsələ ilə bağlı açıqlama verərək bu mesajların həqiqiliyini təsdiqləyib və jurnalistin səhvən bu qrup söhbətinə necə əlavə edildiyini araşdırdıqlarını bildirib. Huqes bu səhvin Yəməndəki əməliyyatlara təsir etmədiyini vurğulayıb.

 

ABŞ Prezidenti Donald Tramp isə bu mövzu ilə bağlı məlumatının olmadığını və “Atlantic” dərgisini oxumadığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı əsgər Paşinyanın arvadının olduğu evə girib?

redaktor

Bu 𝗥𝘂𝘀𝗶𝘆𝗮𝗻ı𝗻 𝗯ö𝘆ü𝗸 𝘀𝘁𝗿𝗮𝘁𝗲𝗷𝗶 𝗺əğ𝗹𝘂𝗯𝗶𝘆𝘆ə𝘁𝗹ə𝗿𝗶𝗻ə ç𝗲𝘃𝗿𝗶𝗹ir

admin

Kadırovun xəstəliyinin şok təfərrüatları

admin