29 C
Bakı
11 Avqust 2025 15:40
Siyasət

İmamoğlunun prezidentliyə namizədliyi rəsmən elan edildi

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul meri vəzifəsindən uzaqlaşdırılmış Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini rəsmən elan edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə ana müxalifət partiyası sosial şəbəkədə paylaşım edib.

 

“Yolumuz uzun, həyəcanı yüksək gəncliyimiz var!” başlıqlı paylaşım “Prezidentliyə namizədimiz Əkrəm İmamoğlu” yazılı şəkillə müşayiət olunub.

 

Xatırladaq ki, martın 23-də, İmamoğlunun “korrupsiya” işi üzrə istintaqı çərçivəsində həbs edildiyi gün, CHP prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirib. Partiya üzvləri üçün standart səsvermədən başqa, partiyasız şəxslərin də səs verə biləcəyi “həmrəylik məntəqələri” yaradılıb. CHP-nin sədri Özgür Özəl səsverməyə 15 milyona yaxın vətəndaşın qatıldığını açıqlayıb. İmamoğlu ilkin seçkilərin alternativsiz namizədi olub.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə Suriyada işi bitirdi: Yaxın Şərq Ankaranın nəzarətinə keçir

admin

Deputatdan İrana sərt xəbərdarlıq: “Azərbaycan odu ilə oynamayın, sizi külə döndərər”

redaktor

Terrorçunun müsahibə verməsi nə deməkdir?

redaktor