Dünya

Dünyanın 2-ci böyük dövlətinin Baş naziri: “Tramp bizi sındırmaq və idarə etmək istəyir”

Ottava növbədənkənar seçki elan etdi!

Kanada siyasətində gərginlik yüksəlir. Baş nazir və Liberal Partiyanın lideri Mark Karni, ölkəyə qarşı ABŞ prezidenti Donald Trampın yaratdığı təhdidlərə cavab olaraq 28 aprel tarixində növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb.

 

Karni bəyan edib ki, hazırkı şəraitdə hökumətin güclü ictimai mandatla hərəkət etməsi zəruridir. Onun sözlərinə görə:

 

“Tramp bizi sındırmaq və ABŞ-ın bizi idarə etməsini istəyir.”

 

Xatırladaq ki, ABŞ prezidenti Tramp Kanadaya qarşı 25 faizlik gömrük rüsumları tətbiq edib. Bununla yanaşı, onun Kanadanın suverenliyinə dair iddialar irəli sürməsi, Ottavada ciddi narahatlığa səbəb olub. Trampın administrasiyası Kanadanın ABŞ-a birləşdirilməsi ideyasını açıq şəkildə gündəmə gətirib.

 

Mark Karni isə bu təhdidlər fonunda ölkənin Avropa və Asiya ilə iqtisadi əməkdaşlığını genişləndirməyi, ABŞ-dan asılılığı azaltmağı prioritet hesab edir.

 

Gözlənilən parlament seçkilərində Liberal Partiyanın əsas rəqibi Mühafizəkarlar Partiyası olacaq. Bu partiyanın lideri Pyer Puolyovr, Tramp administrasiyası ilə daha sərt xəttin tərəfdarı kimi tanınır.

 

Kanada ictimaiyyəti növbədənkənar seçkiləri ölkənin suverenliyi və gələcək kursu baxımından həlledici məqam kimi dəyərləndirir.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Putini qorxaqlıqda ittiham etdi

redaktor

Kreml sahibi İrana görə Trampla münasibətləri korlamayacaq.

admin

Mahaçqala aeroportunda nə baş verib? – 20-dən çox yaralı var

admin