Dünya

Boris Yeltsinə sui-qəsd edən şəxs tapıldı: Görün harada işləyirmiş

Rusiyanın birinci prezidenti Boris Yeltsinə qarşı sui-qəsdin təşkilatçısı Xabarovsk vilayətindəki uşaq bağçasında xadimə işləyirmiş.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.

 

Yeltsinə sui-qəsdin təşkilatçısı 1993-cü il yanvarın 27-də Staraya meydanında prezident administrasiyasının binasının damında saxlanılıb. Kişinin yanında bıçaq olub. O, özünü yerli qapıçı kimi təqdim etməyə çalışsa da, ona inanmayıb və həbs ediblər. Dindirilmə zamanı saxlanılan şəxs planlarını etiraf edib.

 

Müstəntiqlər ona qarşı cinayət işi açsalar da, ekspertiza həmin şəxsin dəli olduğunu üzə çıxarıb. O, stasionar müalicəyə göndərilib.

 

Telekanalın məlumatına görə, müalicə bir neçə ildən sonra başa çatıb və daha sonra kişi yalnız həkim nəzarətində olub.

Tacxeber.com

Oxşar xəbərlər

Qara dərili uşaq dünyaya gətirən qadın boşanma həddinə çatıb

redaktor

Kadırov vəzifəsini tərk edə bilər – “Çox “oturduğumun” fərqinə vardım”

redaktor

7,4 bal gücündə zəlzələ olacaq – Xəbərdarlıq

redaktor