4 C
Bakı
12 Fevral 2026 02:50
Dünya

ABŞ-dan açıq TƏHDİD – “İrana qarşı döyüş əməliyyatlarına başlaya BİLƏRİK”

“ABŞ müəyyən şəraitdə İrana qarşı döyüş əməliyyatları apara bilər”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib.

 

“Biz bütün məsələləri hərbi yolla həll etməyə ehtiyac duymuruq, lakin bu o demək deyil ki, əgər bizi müəyyən bir həddə gətirsələr, biz döyüş əməliyyatlarına əl atmayacağıq, biz bunu müəyyən şəraitdə edəcəyik”, – deyə o qeyd edib.

 

Uitkoff əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi “İranın nüvə bombasına sahib olmaması”dır.

 

“Biz onların nüvə arsenalı yaratmağa başlamasına imkan verə bilmərik. Bu baş verməməlidir”, – diplomat vurğulayıb.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın 20-də İranın ali rəhbəri Əli Xameneyiyə yazdığı məktubda nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün İslam Respublikasına iki ay müddət verib.

Tacxeber.com

Oxşar xəbərlər

“Sülh sazişi üzərində iş gedir“ – Tramp

redaktor

Səudiyyə İran üçün Ümrə və Həcc ziyarətini ləğv etdi

admin

İran Ermənistana “Şahid” satmağa hazırlaşır

admin