16 C
Bakı
26 Sentyabr 2025 23:20
Dünya

İmamoğlu və 91 şübhəli Ədliyyə Sarayına gətirilib

Polis İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunu prokuror qarşısında ifadə verəcəyi Çağlayan Ədliyyə Sarayına gətirib.

 

Tacxeber.com xəbər verir ki, “Habertürk” telekanalının məlumatına görə, İmamoğlu ilə birlikdə ora daha 91 şübhəli prokurorluğa gətirilib.

 

Qəbul edilmiş qaydada həmin şəxslər prokurora ifadə verməli olacaqlar.

 

Prokuror öz növbəsində, iş materiallarının növbəti həbs-qətimkan tədbirini seçəcək məhkəməyə verilməsi barədə qərar verəcək.

 

Artıq İstanbulun baş prokuroru Akın Gürlek ədliyyə binasına gəlib.

 

Bundan əvvəl “A Haber” telekanalı İmamoğlunun ona qarşı irəli sürülən ittihamları rədd etdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Trampla işləməyə və Rusiya ilə sülh imzalamağa hazırdır – WSJ

redaktor

Qarabağ erməniləri dünya ictimaiyyətindən 100 milyard dollar tələb edib? – VİDEO

redaktor

Ukrayna 100-dən çox vaqnerçini məhv etdi

redaktor