Dünya

AYNA Nardaranla bağlı səhvini düzəltdi – Fotolar

ayna-nardaranla-bagli-sehvini-duzeltdi

Xəbər verdiyimiz kimi, bir müddət öncə Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək “Sea Breeze” yazılması müzakirələrə səbəb olmuşdu.

 

Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həmin vaxt məsələyə aydınlıq gətirərək, bunu “həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır” kimi qələmə vermişdi.

 

“Qafqazinfo”nun məlumatına görə, artıq həmin istiqamətlərdə yol nişanlarında “Sea Breeze” adı silinib, əvəzində isə Nardaran adı əks olunub.

 

Qeyd edək ki, “Sea Breeze” lövhələrdə Azərbaycan dilində olmayan yeganə ad idi. Görəsən, Nardaranda yerləşən “Sea Breeze” adını qəsəbənin adını silmədən yazmaq mümkün deyildimi? Yoxsa, əksəriyyətin narazılığına səbəb olacaq addımı atıb, sonra da ona düzəliş etmək üçün dövlət büdcəsinə yenidən əl atmaq lazım imiş?..

Əvvəl

Sonra

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə təhlükəli virus yayılır

redaktor

Bakıda təcridxanada saxlanılan Ruben Vardanyanın bankı SATILDI

redaktor

“Nə qədər ki, Putin sağdır, o birinci olacaq” – “Xarici agent” Venediktovdan ilginc AÇIQLAMA

redaktor