24.1 C
Bakı
28 İyun 2026 19:01
Dünya

Zelenski ABŞ-a meydan oxuyur: Qərb mediası bu iddiada nəyə əsaslanır?

 

Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa Ukraynanın atom elektrik stansiyalarına Birləşmiş Ştatların nəzarəti ideyasına görə etiraz edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” qəzeti yazıb.

 

“Zelenski Trampa meydan oxuyur. O, amerikalı həmkarı Donald Trampın ölkənin nüvə enerji sektorunun ABŞ-ın nəzarəti altına alınmasının onun “ən yaxşı müdafiəsi” olacağını deməsi xəbərindən sonra “bütün atom elektrik stansiyaları Ukrayna xalqına məxsusdur” deyib. Kiyev iddia edir ki, müzakirələr yalnız Rusiyanın işğalı altında olan Zaporojye AES-ə aiddir”, – deyə Britaniya qəzeti qeyd edib.

 

“Financial Times” qəzeti isə yazıb ki, ABŞ Vaşinqtonun ölkənin faydalı qazıntıları və enerji aktivlərinə çıxışı üçün yeni şərtlər axtarır.

 

Məqalədə bildirilir ki, Vaşinqton Kiyevdən birgə investisiya fonduna kimin nəzarət etməsi, eləcə də digər aktivlərdə ABŞ-ın mülkiyyəti ilə bağlı təfərrüatlı müddəalarla razılaşmasını istəyir. Bu, xüsusilə atom elektrik stansiyalarına aiddir.

Tacxeber.com

Oxşar xəbərlər

Qardaş ölkədə sel: 8 ölü

redaktor

Başqasının müharibəsində ölənlər: Azərbaycanlıların Rusiya cəbhəsinə sürülməsi

redaktor

20 milyardlıq xəzinə ilə batan gəminin yeri gizlədilir.

admin