31 C
Bakı
13 Avqust 2025 17:53
Dünya

Almaniya Rusiya neftini daşıyan tankeri müsadirə edib

Almaniya gömrükçüləri göyərtəsində təxminən 100 min ton neft daşınan “Eventin” tankerini müsadirə ediblər.

 

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, Almaniya Baş Gömrük İdarəsinin qərarı ilə tanker martın 14-də Almaniya dövlətinin mülkiyyətinə keçib. Tankerin göyərtəsində daşınan neftin dəyəri təxminən 40 milyon avro qiymətləndirilir.

 

Məlumat üçün əlavə edək ki, fevralın sonunda “Eventin” tankeri Rusiyanın kölgə donanmasının bir hissəsi kimi Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilib. Mənbə yazır ki, Almaniya hökuməti “Eventin” tankerini müsadirə etməklə Moskvaya siqnal göndərir ki, rəsmi Berlin Baltik dənizində Rusiya neftinin tranzitinə göz yummayacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Bayden Meksikadan qanunsuz keçənlərə sığınacaq verməyəcək

redaktor

Suriyalı qəbirqazan işgəncələrlə öldürülən 7 min nəfəri basdırmasından danışdı – Sednayada işgəncə alətlərini görən AFAD rəsmisinin dili tutulub

admin

Lavrov və Zaxarova Ermənistanı bir-birinə qatdı – “Zəngəzuru istəyirlər”

redaktor