30 C
Bakı
12 Avqust 2025 13:24
Cəmiyyət

Planlarımızı başqalarına danışanda buna görə reallaşmırmış

Planlarımızı başqasına danışarkən beyin bunu reallıq kimi anlayır və motivasiyamızı salır.

 

Tacxeber.com milli.az-a istinadən xəbər verir ki, bu fikir müəyyən elmi araşdırmalara əsaslanır. Psixologiyada bu fenomen sosial reallaşma və ya hədəflərin açıqlanması paradoksu kimi tanınır. Araşdırmalar göstərir ki, planlarımızı başqalarına danışanda beynimiz bunu qismən reallıq kimi qəbul edir və dopamin səviyyəsi yüksəlir. Bu da insana sanki həmin hədəfə artıq çatmış kimi bir rahatlıq hissi verir.

 

Məsələn, 2009-cu ildə Nyu-York Universitetinin psixoloqu Piter Qollvitzerin apardığı tədqiqatlarda insanlar planlarını paylaşanda həmin məqsədlər üzərində işləmək üçün daha az motivasiya göstərirdi. Bunun səbəbi odur ki, sosial təsdiq almaq beynimizdə hədəfə çatmaqla bağlı mükafat mexanizmi yaradır. Nəticədə, real addımlar atmaq əvəzinə, insan psixoloji olaraq kifayətləndiyini düşünür və fəaliyyətini azaldır.

 

Buna görə də, bəzi mütəxəssislər hədəfləri başqalarına danışmaqdansa, onları sakit şəkildə həyata keçirməyi tövsiyə edirlər. Əgər planları bölüşmək lazımdırsa, bunu elə etmək daha yaxşıdır ki, bu, məsuliyyət hissini artırsın və motivasiyanı azaldan deyil, əksinə, gücləndirən mexanizm yaratsın.

Tacxeber.com

Oxşar xəbərlər

Koronavirus qədər təhlükəlidir: 119 ölkədə yayıldı – Azərbaycan da risk altındadır?

redaktor

Yayılmış öskürəklə bağlı həkimdən xəbərdarlıq: qansızma da ola bilər

redaktor

Elmar Məmmədyarov: “Ekoloqların aksiyası artıq müəyyən nəticə verib” -Video

redaktor