30 C
Bakı
12 Avqust 2025 11:17
Dünya

Ərdoğandan İmamoğlunun həbsi barədə İLK AÇIQLAMA – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılması və Türkiyədə baş verən etirazlara münasibət bildirib.

 

Tacxeber.comxəbər verir ki, Ərdoğan bu barədə xalq qarşısında çıxışı zamanı danışıb.

 

“Cümhuriyyət Xalq Partiyasının (CHP) problemi yalnız bir neçə insana aiddir. Müxalifətin daxili çəkişmələrini, qanunla bağlı problemlərini ölkənin ən mühüm problemi kimi təqdim etmək cəhdləri ikiüzlülüyün zirvəsidir.

 

Müxalifət öz Xalq Partiyası, mətbuatı və digər strukturları ilə istər diplom məsələsində, istərsə də korrupsiya və oğurluq məsələlərində məhkəmənin irəli sürdüyü ittihamlara heç vaxt reaksiya vermir. Onlar ittihamlara cavab verə bilmirlər”, – Ərdoğan qeyd edib.

 

Türkiyə lideri bildirib ki, müxalifət çıxışlarına qulaq asmağa vaxtı yoxdur: “Heç birimizin müxalifət çıxışlarına vaxtımız yoxdur. Qətiyyətli və təsirli əməliyyatlarla terrorçuları torpaqlarımızdan təmizlədik. Onu da korrupsiyadan təmizlədik.

 

Onlar da (müxalifət – red.) bilirlər ki, bu məlumatların və sənədlərin böyük hissəsini məhkəmə orqanlarına öz partiyalarının üzvləri ötürüblər.

 

Biz hökumət və müttəfiq olaraq Türkiyəni 40 illik böhrandan xilas etməkdə qətiyyətli və səmimiyik”.

Tacxeber.com

Oxşar xəbərlər

Niyə Rusiya Qafqazdan uzaq ölkələrin Cənubi Qafqazda fəallığının əleyhinədir? – Elxan Şahinoğlu

admin

Putindən Netanyahuya hörmətsizlik, əlini sıxmadı – VİDEO

redaktor

Rusların bu istiqamətdə 30 hərbçisi əsir götürüldü

redaktor