29 C
Bakı
14 Avqust 2025 18:28
DünyaGündəm

Zelenskidən ABŞ-Rusiya danışıqlarına ŞƏRH: “Biz Putinin menyusuna daxil olan salat və kompot deyilik”

“Ukrayna enerji infrastrukturuna hücumların dayandırılması təklifini dəstəkləyəcək”.

 

Tacxeber.com xəvər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya liderləri Donald Trampla Vladimir Putinin telefon danışığınadair açıqlamasında deyib.

 

“Biz həmişə enerji sektoruna heç bir silahla hücum etməmək mövqeyimizi saxlamışıq. Əgər Rusiya enerji sektorumuza hücum etsə, biz susmayacağıq – cavab verəcəyik”, – Zelenski əlavə edib.

 

O bildirib ki, Putinlə söhbətindən sonra hələ Trampla danışmayıb, lakin Amerika liderinin zənginə ümid edir.

 

“Putin Ukraynaya təzyiqi artırmaq və güc mövqeyindən ultimatumlar vermək üçün Zaporojye, Xarkov və Sumı istiqamətlərində hücumlar hazırlayır. Biz Putinin iştahına baxmayaraq, onun menyusuna daxil olan salat və ya kompot deyilik” – Ukrayna lideri əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya məşhur təyyarələrini özü vurub – Sensasiya

admin

“Maskın faşist salamı” – həqiqət başqa imiş… – FOTO

redaktor

Alyaska görüşünə Ukrayna, AB və Britaniya dəvət almayıblar – bu da dəvət olunmayanları ciddi şəkildə narahat edir.

admin