Dünya

İmamoğlunun şərik olduğu şirkət nəzarətə götürüldü

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm​ İmamoğlunun şəriki olduğu şirkət nəzarətə götürülüb.

 

Tacxeber.com xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.

 

Qeyd edilib ki, şirkət İstanbul Baş Prokurorluğu tərəfindən açılan araşdırma çərçivəsində prokurorluğun tələbi və növbətçi cinayət hakiminin qərarı ilə nəzarətə götürülüb.

 

Əlavə edək ki, İmamoğlu və 99 şübhəli barəsində “cinayətkar təşkilatın lideri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderi saxtalaşdırmaq” cinayətləri ilə bağlı istintaq başladılıb.

Tacxeber.com

Oxşar xəbərlər

İmran Xanın avtomobilinə hücum edildi – Sui-qəsdçilər keçmiş Baş naziri yaraladı

redaktor

ABŞ dondurulmuş Rusiya aktivlərinin 15 milyardlıq gəlirini Ukraynaya verəcək

admin

Kim Çen In qızına ballistik raketlər saxlanılan yeri göstərdi

redaktor