Dünya

Atəşkəs məsələsində Kiyevə etibar etmək olmaz – Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukrayna ilə bağlı telefon danışığından sonra açıqlama verib.

 

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, Medvedev atəşkəs məsələsində Kiyevə etibar edilməməli olduğunu bildirib.

 

O, ABŞ-ın Ukrayna münaqişəsinin həllində vasitəçi kimi çıxış etdiyinə diqqət çəkib və onun missiyası Kiyevə Moskva ilə razılaşmaların mahiyyətini izah etməkdir.

 

“Ən vacibi odur ki, amerikalılar etməli olduqları işi görsünlər. Gəlin görək nə edirlər”, – deyə Medvedev qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Çirklənmənin səbəbi Rusiya nefti ola bilər, amma Avropanın Azərbaycan neftindən imtina şansı yoxdur”

admin

Bizdə sürət qatarıdırsa, Yaponiyadakı nədir?

redaktor

Rus agentləri zəhərləndirilərək öldürüldü.

admin