24 C
Bakı
12 Avqust 2025 00:59
Dünya

Üzərinə kofe töküldü, milyonçu oldu – VİDEO

“Starbucks”dan aldığı kofe üzərinə tökülən şəxs milyonçu olub.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə 2020-ci ildə ABŞ-nin Kaliforniya ştatında baş verib.

 

Belə ki, Mişel Qarsia “Starbucks”ın səyyar servisindən özünə kofe alıb. İçkinin ağzının yaxşı bağlanmamasına görə qaynar kofe onun üzərinə tökülüb.

 

Kofenin dağılması onun genital bölgəsində yanıqlara səbəb olub, həmçinin cinsi orqanında sağalmayan sinir zədələnməsi baş verib.

 

Məhkəmə qeydlərinə görə, M.Qarsia fiziki ağrı, psixoloji sıxıntı və həyat keyfiyyətində ciddi problemlər yaşayıb.

 

Bu ittihamlar əsasında məhkəmə “Starbucks”ın səhlənkar davrandığına qərar verib.

 

Məhkəmə şirkətin zərərçəkənə 50 milyon dollar (85 milyon AZN) təzminat ödəməsinə hökm edib.

 

Qərardan sonra “Starbucks” təzminatın məbləğinin çox böyük olduğunu və etiraz edəcəklərini açıqlayıb.

 

ABŞ-də brendlərə qarşı qaldırılan məhkəmə iddialarındakı məbləğlər adətən yüksək olsa da, bu məbləğ rekord hesab edilir.

 

Oxşar xəbərlər

“Rusiya Ukrayna xalqını məhv etmək niyyətində deyil, onlar bizim qardaş-bacılarımızdır” – Sergey Lavrov

redaktor

“Telegram”da ən bahalı istifadəçinin adı məlum oldu

admin

Qiyamət balığı sahilə çıxdı – Bədbəxt hadisələrin gəlişindən xəbər verir

redaktor