Dünya

Trampın müşaviri Hikmət Hacıyevlə nədən danışıb? – Özü AÇIQLADI

Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “X”dəki səhifəsində yazıb.

 

“Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən bu həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisi, cənab Hikmət Hacıyevlə danışdım.

 

Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq”, – Trampın müşaviri vurğulayıb.

 

Mayk Vals qeyd edib ki, sülh sazişinin imzalanması yekunlaşmalıdır: “Regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər tarixi sarayı görün nə hala salıb? – Pənahəli xanın evindən ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR

redaktor

Rusiyanın Ukraynaya qarşı “reaktiv Şahed” hücumları: Ekspert dronların sayını açıqladı

redaktor

“Türk Hava Yolları”nın pilotu aviareys zamanı VƏFAT EDİB

redaktor