24 C
Bakı
23 İyun 2025 19:15
Dünya

Saakaşviliyə daha 4,5 il HƏBS CƏZASI verildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Tacxeber.comxəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” telekanalı məlumat yayıb.

Hökmü hakim Mixail Cincholiya oxuyub. Hökmün elanı məhkəmə zalında səs-küyə səbəb olub.

Məhkəmə icraçıları eks-prezidentin tərəfdarlarını məhkəmə zalından çıxarmağa məcbur olublar. Saakaşvilinin özü iclasda iştirak etməyib.

Xatırladaq ki, bu il martın 12-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini dövlət vəsaitlərini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.

Tacxeber.com

Oxşar xəbərlər

Putinlə generallar arasında gərginlik- Buna icazə vermədi

admin

Putindən Ukraynaya TƏKLİF – Mayın 15-də İstanbulda…

redaktor

“Türk Hava Yolları”ndan ruslara CİDDİ XƏBƏRDARLIQ

admin