Dünya

Saakaşviliyə daha 4,5 il HƏBS CƏZASI verildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Tacxeber.comxəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” telekanalı məlumat yayıb.

Hökmü hakim Mixail Cincholiya oxuyub. Hökmün elanı məhkəmə zalında səs-küyə səbəb olub.

Məhkəmə icraçıları eks-prezidentin tərəfdarlarını məhkəmə zalından çıxarmağa məcbur olublar. Saakaşvilinin özü iclasda iştirak etməyib.

Xatırladaq ki, bu il martın 12-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini dövlət vəsaitlərini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri rusların logistika obyektlərinə bir sıra dəqiq zərbələr endirib

redaktor

Rostov “Vaqnerçi”lər tərəfindən ələ keçirilib, kütləvi tədbirlər ləğv edilib

redaktor

Səudiyyə Ərəbistanı şahzadəsi “Barselona” klubunu satın alır?

admin