13 C
Bakı
27 Mart 2026 23:36
CəmiyyətHadisəİdman

“Səbail” klubunun baş məşqçisi Cavid Hüseynov QALMAQALLI müsahibəsindən sonra istefaya göndərildi.

“Səbail”in baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.

 

Bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, bu qərar “Səbail”in bu gün Misli Premyer Liqasının 27-ci turunda “Neftçi”yə məğlubiyyətindən (1:2) sonra verilib.

Həmin oyundan sonra keçirilən mətbuat konfransında C.Hüseynov klubun maddi vəziyyətindən gileylənmiş, tək qaldığını, özlərini yiyəsiz komanda kimi hiss etdiklərini söyləyib.

 

“Səbail” hazırda Premyer Liqada 18 xalla sonuncu yeri tutur və mövsümün sonu yüksək liqanı tərk etməyə əsas namizəddir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Şərurlu İsfəndiyar Azərbaycan ordusunun zabitinin evini əlindən alır: 25 min AZN ödə evini al…

redaktor

Azərbaycan kriminal avtoriteti Hindistana verir

admin

17 yaşlı qız niyə özünü öldürüb? – İntiharın detalları

redaktor