CəmiyyətHadisəŞikayət

Yenə də hüquq müdafiəçisi həbs olundu.

 

Seçki Müşahidə Alyansının koordinatoru Məmməd Alpay Məmmədzadə barəsində 3 ay 28 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Qərar martın 14-də Binəqədi rayon məhkəməsi tərəfindən verilib.

Məmməd Alpay Məmmədzadə  Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə birgə saxlanılıb.

Binəqədi rayon məhkəməsi Bəşir Süleymanlı barəsində də 3 ay 28 gün həbs qətimkan tədbiri seçmişdi.

 

Məmməd Alpay Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Onun koordinatoru olduğu Seçki Müşahidə Alyansı hazırda Azərbaycanda fəaliyyət göstərən və seçki monitorinqi ilə məşğul olan az sayda qurumdan biridir.

 

Hər iki hüquq müdafiəçisinin saxlanması 2014-cü ildə Baş Prokurorluğun İstintaq Idarəsində yerli və xarici qeyri hökumət təşkilatları (QHT) ilə bağlı açılmış cinayət işi ilə əlaqəlidir. Bu cinayət işinin 2020-ci ildə bağlandığı və sonra yeniləndiyi bildirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bloger Hüseyn Həsənov axtarışa verildi

redaktor

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

admin

Şimali Koreya ən güclü sistemlərini Rusiyaya verdi

admin