16 C
Bakı
27 Sentyabr 2025 03:17
CəmiyyətGündəm

Qarabağ sadə insanla yox məmurlara məxsusdur.

Baş nazir Əli Əsədov Milli Məclisin 2 gün öncə keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı təqdim edərkən Qarabağ və işğaldan azad edilmiş bölgələrin bərpası üçün ayrılan vəsaitlərdən də danışıb. Baş nazirn deyib ki, 2021-2024-cü illərdə bu bölgənin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən əvvəlcə 17,6 milyard AZN, 2024-cü ildə yenidən 5 milyard 347 milyon manat ayrılıb. 2025-ci ildə isə ayrılan vəsaitin həcmi hələlik 4 milyard manatdır. Amma bu son deyil. Büdcədən məcburi köçkünlərin sosial müdafiəsinə əlavə 329 milyon manat da xərclənib. Açıqlanan rəqəmləri və müdafiə xərclərini də hesablayanda bəlli olur ki, Azərbaycan hakimiyyəti son 5 ildə Qarabağ bölgəsində bərpa işləri adıyla 30 milyard manatdan çox pul xərcləyib. Bu müddət ərzində isə Qarabağ və işğaldan azad edilmiş digər rayonlarda cəmi 2036 ailə məskunlaşdırılıb.

 

Füzuli şəhəri – 822 ailə (3132 nəfər)

– Şuşa şəhəri – 147 ailə (570 nəfər)

– Laçın şəhəri – 552 ailə (2031 nəfər)

– Xocalı şəhəri – 44 ailə (169 nəfər)

– Sus kəndi – 59 ailə (215 nəfər)

– Ağalı kəndi – 175 ailə (871 nəfər)

– Talış kəndi – 20 ailə (90 nəfər)

– Zabux kəndi – 217 ailə (823 nəfər)

 

Dövlət təşkilatı işçiləri, məzuniyyətə göndərilən şəxslər və digər şəxslərlə birlikdə hazırda bölgələrdə maksimum 30 min insan yaşayır. 2026-cı ildə onların sayı 36 minə çatmalıdır. Büdcədən isə milyardlarla manat pul ayrılır.

 

Onu da qeyd edək ki, 2026-cı il üçün də büdcədən 6 milyard manat ayrılacağı planlaşdırılır.

 

EDMON DANTES

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda “bağ əməliyyatı”: bolşevik oğlunun cinayəti, rusiyalı qonaqlar üçün “seks ziyafəti” Moskvada açılmış “Azərbaycan işi” kimlərin başını yedi?

admin

Pensiyalar və müavinətlərlə bağlı şad xəbər – Yanvarın 1-dən artımlar olacaq

redaktor

“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı”

redaktor