Dünya

Paşinyan Pezeşkiana zəng etdi: Bildirdi ki, Azərbaycanla…

Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla telefonda İrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin təsdiqlənməsinin başa çatmasını müzakirə edib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

“Baş nazir İran İslam Respublikasının Prezidentinə “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş” layihəsinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatması barədə məlumat verib”, – mətbuat xidməti bildirib.

 

Qeyd olunur ki, həmsöhbətlər regional problemləri, eləcə də İrəvan və Tehran arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

Bundan əvvəl Paşinyan Rusiya prezidenti Vladimir Putinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatması barədə məlumat verib.

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan Makronun narahatedici jestinə reaksiya – VİDEO

redaktor

35 yaşlı kişinin beynindən çıxanlar həkimləri şoka saldı – FOTO

redaktor

Azərbaycanlı seysmoloqdan qorxunc zəlzələ açıqlaması: 2024-cü ildə…

redaktor