21 C
Bakı
20 Oktyabr 2026 14:24
Dünya

Durovun Dubaya uçuş xəbərindən sonra “Toncoin” kəskin bahalaşdı

“Toncoin” kriptovalyutası onun yaradıcısı Pavel Durovun Fransadan Dubaya uçması xəbərindən sonra 21,58% bahalaşıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.

 

Fransa məhkəməsi “Telegram”ın qurucusu Pavel Durovun ölkəni tərk etməsinə icazə verib. Durova bir neçə həftəyə qayıtmaq şərti ilə Fransanı tərk etməyə icazə verilib.

 

Durov ötən il avqustun 24-də Fransanın “Le Burje” hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. O, qeyri-qanuni əməliyyatlar aparmaq məqsədilə onlayn platformanı idarə etmək də daxil olmaqla altı cinayətdə ittiham olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Savaş böyüyəcək…

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Respublikaçılar Trampa qarşı…

admin