20 C
Bakı
24 İyun 2025 03:54
Dünya

Avropada RƏZALƏT: Putin bu dəfə “ABŞ prezidenti” oldu

Bir neçə televiziya kanalı səhvən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adını qeyd edərək, onu ABŞ prezidenti adlandırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə telekanalın izləyiciləri sosial şəbəkələrdən birində məlumat veriblər.

 

“Werndlstädter” ləqəbli isveçli sosial media istifadəçisi İsveçin SVT telekanalında Vladimir Putinə həsr olunmuş verilişdən kadr yerləşdirib. Eyni zamanda, rusiyalı siyasətçi Amerika Birləşmiş Ştatlarının prezidenti kimi təqdim edilib. Yazının müəllifi zarafat edib: “Yaxşı iş, SVT”.

 

Danimarka televiziyasında da oxşar səhvə yol verilib: “Putin ABŞ-ın prezidentidir”.

 

“MorGus” ləqəbli danimarkalı istifadəçi “Danimarkanın “TV2news” telekanalına inanırsınızsa” başlığı ilə Rusiya dövlət başçısının ABŞ prezidenti adlandırıldığı telekanalın yayımının skrinşotunu paylaşıb.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada səfərbərlik: “Ölkə vətəndaş müharibəsi astanasındadır”

admin

Suriyada Əsəd, Gürcüstanda İvanişvili rejimləri çöksə, Putin nə edəcək?..- EKSPERT

redaktor

Rusiya əsgərləri ukraynalı hərbi əsirləri güllələdilər

redaktor