31 C
Bakı
13 Avqust 2025 14:54
Dünya

Zelenski Rusiyanın iddiasını təkzib etdi

“Rusiyanın Kursk vilayətindəki Ukrayna qoşunları mühasirəyə alınmayıb”.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra Prezident Volodimir Zelenski deyib.

 

“Qüvvələrimizin Kursk vilayətinin müəyyən ərazilərində əməliyyatı davam edir. Bölmələr öz tapşırıqlarını dəqiqliklə yerinə yetirirlər. Kursk vilayətindəki Ukrayna qoşunlarının sayəsində xeyli sayda Rusiya qüvvələri başqa istiqamətlərə yönəldilib. Qoşunlarımız Kursk vilayətində rus və Şimali Koreya qruplaşmalarına qarşı müqaviməti davam etdirir. Qoşunlarımız mühasirədə deyil”, – dövlət başçısı bildirib.

 

Xatırladaq ki, Rusiya Kurskdakı Ukrayna qüvvələrinin mühasirəyə alındığını iddia etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Makron hakimiyyəti ilə vidalaşır

redaktor

Almaniyadan 45 Azərbaycan vətəndaşı deportasiya edilib

admin

Maduro Zelenskini təhqir etdi.

admin