Cəmiyyət

“Qadınlar alimentə görə boşanır deyənlər vicdansızdır” – Aytən Səfərova

“Deyirlər ki, qadın alimentə görə boşanır. Elə bil ki, dağları verirlər. Bu aliment sizin uşağınız üçün verilir. Uşaq kol-kos deyil ki. suyu tökəsən öz-özünə çıxsın, yesin-içsin, nəqliyyatla gedib-gəlsin. Elə də böyük məbləğ vermirsiniz axı. Qadınlar alimentə görə boşanır deyənlər, vicdansızdır”.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” verilişində deyib. Onun bu sözlərinə isə həmkarı Mehman Rəsulov belə reaksiya verib:

 

“Bunu bir-iki adam demir, çox adam deyir. Sosial şəbəkədə bunu nə qədər insan deyir. Hamını necə vicdansız adlandıra bilərik? Bunlar hamısı real həyatdakı insanlardır. Mən nfirət və hiddətin əleyhinəyəm. Qadın və kişilərin soyuq müharibəsi bizim cəmiyyətə travmadan başqa heç nə verməyəcək”.

 

Aytən isə cavab olaraq “Sosial şəbəkədən çox, real həyatda yaşamaq lazımdır. Real həyatda bizim işimiz daha çoxdur. Əvvəllər insanlar küçələrdə avaralanırdılar, indi isə sosial mediada avaralanırlar” deyib.(Axşam.az)

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan jurnalist Fatimə Mövlamlıdan yeni məktub

admin

Nə vaxtsa, Azərbaycan da normal ölkələr sırasına daxil olacaq…

admin

Hər 30 uşaqdan 1-də gizli təhlükə – Mütəxəssislər həyəcan təbili çalır

redaktor