12 C
Bakı
29 Mart 2026 01:30
Dünya

Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib

“Donald Tramp və ABŞ administrasiyası Moskva ilə Vaşinqton arasında münasibətləri bərpa etmək üçün hər şeyi edir.”

 

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

 

Putin deyib ki, o, Trampın Kursk vilayətində Ukrayna qoşunlarını əfv etmək çağırışı ilə tanış olub.

 

Rusiya prezidenti qeyd edib ki, ukraynalı hərbçilər Kursk vilayətində silahı yerə qoysalar, onlara yaşamaq hüququ və layiqli rəftar təmin ediləcək.

 

Putin əlavə edib ki, Kiyev Trampın çağırışını həyata keçirmək üçün Kursk vilayətindəki hərbçilərinə təslim olmaq əmri verməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Özümüzü məhv etməyə hər saniyə yaxınlaşırıq – Tokayevdən çağırış

redaktor

Rus admiral və 34 zabit öldürüldü.

admin

“İstisu” istirahət mərkəzi zibil içində batır – FOTO

redaktor