26 C
Bakı
21 İyun 2025 18:36
Cəmiyyət

“Meydan” TV işi üzrə saxlanılan Nurlan Librenin həbs müddəti uzadılıb

“Meydan” TV işi üzrə həbs olunan jurnalist Nurlan Qəhrəmanlı (Libre) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

 

Tacxeber.com xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub. Onun həbs müddəti 3 ay uzadılıb.

 

Qeyd edək ki, ötən ilin dekabr ayında “Meydan” TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Aysel Umudova və Ülvi Tahirov saxlanılıb.

 

Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalist Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Oğuzda ayı 62 yaşlı kişini ayı parçalamaq istədi.

admin

Oğlu cinsini dəyişdi, səsi batdı, övladı yasına gəlmədi – Həyat yoldaşı ondan niyə ayrıldı? – FOTO

redaktor

Qoqol küçəsində yerləşən XIX əsrdə tikilmiş memarlıq abidəsi restorana çevrilir.

admin