Cəmiyyət

“Hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” – Fuad Ələsgərov

Son günlər bir sıra media resurslarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səhhətində ciddi problemlərin yarandığı və işə çıxmadığı bildirilib.

 

Tacxeber.com xəbər verir ki, Manset.az yayılan bu xəbərlə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərovla əlaqə saxlayıb.

 

O, açıqlamasında yayılan xəbərləri təkzib edib:

 

“ Yalan söhbətdir, necə yəni məni işə çıxmıram? Mən hər gün işə çıxıram. Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar boş-boş söhbətlərdir” – deyə açıqlamasında Fuad Ələsgərov bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Ağalarovlar terror qurbanlarına 100 milyon rubl göndərdi

redaktor

Məşhur pediatr özünü güllələdi – Son dəqiqə

admin

Bu gün Azərbaycan Premyer Liqasında 2 maraqlı oyunlar olacaq.

admin